Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
SOSİAL
20:44 22.07.2026
275
"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti iyulun 1-dən oktyabrın 1-dək uzadılıb.
OXŞAR XƏBƏRLƏR