Azərbaycanda bu xəstəlik yayılıb - Bunları edin

Azərbaycanda bu xəstəlik yayılıb - Bunları edin
SOSİAL
12:33 29.11.2025
490
Son zamanlar həm dünyada, həm də ölkəmizdə respirator (tənəffüs yolu) və qastrointestinal (mədə-bağırsaq) infeksiyalarının sayında əhəmiyyətli bir artım qeydə alınır. Həkimlər bu vəziyyətin, mövsüm keçidi, iqlim dəyişikliyi, sosial məsafənin azalması və yeni virus variantlarının yayılması kimi bir neçə amillə əlaqəli ola biləcəyini bildirirlər.

İnfeksionist-hepatoloq Mərdan Əliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, hazırda kəskin respirator virus infeksiyaları çox yayılıb:

"Tənəffüs yolu infeksiyaları həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb. Bu infeksiyalar adətən bir neçə gün davam edən qızdırma ilə müşahidə olunur və nisbətən ağır keçir. Ümumiyyətlə, ağır keçən virus infeksiyalarının böyük hissəsi qrip olur. El arasında bütün respirator infeksiyalara "qrip” deyilir. Amma qrip virusu ayrı bir infeksiyadır. Burun axması və tutulması kimi zökəm əlamətləri isə müşahidə olunmur. Hətta kənardan baxanda insanın qrip olduğunu anlamaq çətindir. Bununla yanaşı, digər virus infeksiyaları da mövcuddur və payız mövsümü başlayandan ard-arda bu infeksiyalarla rastlaşırıq”.

Ekspert bildirib ki, insanlar arasında yayılan bir sıra viruslar mövcuddur:

"Rinovirus - ən çox rast gəlinən və daha yüngül keçən formadır. Burun axması, tutulması, öskürək və az qızdırma ilə müşahidə olunur. Böyüklərdə bəzən ümumiyyətlə qızdırma qeydə alınmır.
Adenovirus - burada gözlərdə qızartı müşahidə olunur. Burun axması, burun tutulması və qızdırma ilə keçir.
Paraqrip - bu da başqa bir virus infeksiyasıdır və yüksək qızdırma verə bilir.
Respirator-sinsitial virus (RSV)- xüsusilə uşaqlarda daha ağır keçir. Öskürəklə, boğulma tutmaları ilə müşahidə olunur və qızdırma verə bilər.
Rotavirus - daha çox bağırsaq infeksiyasıdır. Uşaqlarda qusma və qarın işləməsi ilə müşahidə olunur. Böyüklərdə də rast gəlinə bilər. Bir neçə gün davam edən qızdırma, qusma və ishal halları olur. Uşaqlar çox vaxt nə yeyə, nə içə bilirlər. Maye qəbul etdikdə belə qusma baş verir. Payızın gəlməsi, günəş aktivliyinin azalması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların yayılmasına səbəb olur”.

İnfeksionist xəstəlikdən qorunmağın yollarını da vurğulayıb: 

"İlk növbədə çox insanın toplandığı yerlərdə mümkün qədər az olmaq lazımdır. Çünki qapalı məkanlarda insanlar arasında mütləq 1–2 nəfər xəstə olur və onlardan yoluxma daha asandır. Belə yerlərdə maskadan istifadə etmək tövsiyə edilir. Belə infeksiyalar hava-damcı yolu ilə yayılır və maska yoluxma riskini azaldır. Üçüncü məsələ əl gigiyenasıdır. Çünki infeksiyalar təkcə hava yolu ilə deyil, kontakt yolu ilə də keçir. Xəstə şəxslə təmasdan sonra əlləri yumaq vacibdir. Bundan əlavə, immun sistemini güclü saxlamaq vacibdir. Axşamlar meyvə yemək, xüsusən alma və kivi tövsiyə olunur. Kivi C vitamini ilə zəngindir və araşdırmalara görə, kivi bu xəstəliklərin simptomlarını azaldır və daha yüngül keçməsinə səbəb olur. Eyni zamanda, D vitamini çatışmazlığı varsa, D vitamini qəbul etmək də respirator infeksiyaların daha yüngül keçməsinə kömək edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video