Hadisə Qobustanda baş verib.
Azərbaycanda canavar ceyranı parçalayıb.
Ekologiya və Təbii Sərvələr Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərə görə, Qobustan-Cəngiçay vadisində ceyranın canavarlar tərəfindən parçalandığı aşkar olunub.
Vəhşi heyvanların parçaladığı ceyranın skleti tapılıb.
Məlumata görə, Gürcüstandan buraxılmış ceyranların bir hissəsi isə artıq Ceyrançölə doğru miqrasiya edib.
“Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınıb”, - deyə, məlumatda qeyd olunur.
Qeyd edək ki, təqdim olunan şəkildən canavarın parçaladığı ceyranın izlənilmə üçün nazirlik tərəfindən boynuna xalta taxıldığı görünür.
