Azərbaycanda daha bir ana doğuş zamanı ölüb

Azərbaycanda daha bir ana doğuş zamanı ölüb
Bütün Xəbərlər
12:47 07.11.2013
912
Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.

Hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.

Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətovafaktı təsdiqləyib.

Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur.

Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR