Azərbaycanda daha bir bank bağlandı

Azərbaycanda daha bir bank bağlandı
Bütün Xəbərlər
10:05 25.01.2016
3790
“Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
AZXEBER.COM  xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (MB) Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
“Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR