Azərbaycanda daha bir əsgər silahla özünü yaraladı

Azərbaycanda daha bir əsgər silahla özünü yaraladı
Bütün Xəbərlər
11:44 23.01.2014
1039
Azərbaycanda əsgər tabeliyindəki silahla özünü vurub.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb.

Alayın əsgəri Vasif Şamil oğlu Süleymanov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov  faktla bağlı araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, V. Süleymanov Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR