Azərbaycanda daha bir jurnalist həbs olundu

Azərbaycanda daha bir jurnalist həbs olundu
Bütün Xəbərlər
19:21 01.11.2011
1478
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" hotelinin sahibi Mətləb Əhmədov Daxili İşlər Nazirliyinə müraciət edərək özünü "Unikal" qəzetinin müxbiri kimi təqdim edən Hüseyn adlı şəxsin ondan barəsində rüsvayedici məlumatlar dərc edəcəyi hədəsi ilə pul tələb etdiyini bildirib. Bununla əlaqədar, 2011-ci il oktyabrın 31-də keçirilən əməliyyat tədbirləri nəticəsində o, "Romi" hotelinin sahibindən 1000 manat pul alarkən saxlanılıb.İlkin araşdırmalarla müəyyən edilib ki, H.İsgəndərov "Unikal" qəzetinin müxbiridir. O, bir müddət əvvəl "Göyçə" və "Ağ" hotellərin sahibləri Şirzad Əliyevdən və Elçin Vəliyevdən də eyni üsulla müxtəlif məbləğlərdə pul tələb edib.
OXŞAR XƏBƏRLƏR