Azərbaycanda daha bir jurnalist öldü

Azərbaycanda daha bir jurnalist öldü
Bütün Xəbərlər
10:35 26.11.2011
1870
Yol qəzasında ağır xəsarət almış telejurnalist ötən gecə müalicə olunduğu xəstəxanada ölüb. APA-nın məlumatına görə, oktyabrın 11-də Tovuz rayonunda çəkilişdən qayıdarkən yol qəzasına düşmüş Tovuz rayonunda yerləşən “Türkel” televiziyasında direktor müavini vəzifəsində çalışan İlqar Ağayev müalicə olunduğu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.Qeyd edək ki, oktyabrın 11-də axşam saatlarında “Türkel” TV-nin direktor müavini Ağayev İlqar Vahid oğlunun idarə etdiyi “Hyundai Accent” markalı avtomobil Tovuz şəhərinin Həzi Aslanov küçəsində “Mercedes C Klass”la toqquşub. Nəticədə çəkilişdən qayıdan İ.Ağayevlə yanaşı avtomobildə olan televiziyanın digər əməkdaşları - Yusifov Rauf Cəbrayıl oğlu və Tahirova Əminə Şahin qızı ağır dərəcəli bədən xəsarətləri alıblar.
OXŞAR XƏBƏRLƏR