Azərbaycanda daha bir kəndə içməli su verildi

Azərbaycanda daha bir kəndə içməli su verildi
Bütün Xəbərlər
10:20 27.08.2013
788

Gədəbəy rayonunun bu günə qədər içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndi olan Pərizamanlı kəndinə içməli su verilib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bu münasibətlə keçirilən mərasimdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, çətin relyefə malik olmasına baxmayaraq, burada sutoplayıcı sistem, 3 ədəd anbar və nasosxana tikilib.O qeyd edib ki, müxtəlif diametrli borularla 12 km uzunluğunda su xətti çəkilib vəkəndin 720 sakini təmiz bulaq suyu ilə təmin olunub.Onun sözlərinə görə, gələcəkdə rayonun digər kəndlərində və Gədəbəy şəhərində də su layihələrinin icrası planlaşdırılır.Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən “Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemlərinin yaradılması” layihəsi kəndin 720 sakininin içməli su probleminin həllinə hesablanıb. Layihəyə əsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığındakı Kərəm, Sarı və Qarabulaq bulaqları seçilib.Kənd əhalisinin fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə relyef baxımından yüksək ərazidə hər birinin tutumu 100 kubmetr olan 2 ədəd əlavə su anbarı inşa edilib və nasoslarla su mənbədəki anbardan bura qaldırılır.Yüksəklikdəki anbarlardan suyun kəndə nəqli məqsədi ilə polad borularla 1122 metr uzunluğunda magistral su xətti çəkilib, 12,4 km uzunluğunda daxili şəbəkə yaradılıb.Kəndin qonşuluğunda yerləşən 20 təsərrüfatdan ibarət Totuxlu kəndinə də bu mənbədən suyun verilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR