Azərbaycanda daha bir soyuducu anbar kompleksi yaradılacaq

Azərbaycanda daha bir soyuducu anbar kompleksi yaradılacaq
Bütün Xəbərlər
17:28 20.11.2012
1179
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunun Bəhramtəpə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən iri taxılçılıq təsərrüfatının yaradılması, müasir heyvandarlıq kompleksinin yaradılması, kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması, müasir soyuducu anbar kompleksinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
OXŞAR XƏBƏRLƏR