Azərbaycanda daha bir gənc qəfil öldü - FOTO

SOSİAL
13:44 23.07.2020
4392
Azərbaycanda daha bir tələbə qəflətən vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi İsmayılzadə Ayşən Azər qızı dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin mətbuat xidməti tələbənin ölümünə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Universitetin mətbuat katibi Günel Orucəliyeva Lent.az-a bildirib ki, Ayşən İsmayılzadə BDU-nu bu il bitirib:

"Dünyasını dəyişən gənc qız hazırda BDU-nun tələbəsi deyil. Bu il məzun olub. Revmatizmdən əziyyət çəkirdi. Sonradan xəstəlik böyrəklərini sıradan çıxartdı. Məzunumuzun gənc yaşında dünyasını dəyişməsinə üzülürük və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsinin 2-ci kurs tələbəsi İsmayılzadə Ayşən Azər qızı vəfat edib.

 

 


OXŞAR XƏBƏRLƏR