Azərbaycanda 'Davay dosvidaniya' restoranı açılır

Azərbaycanda
Bütün Xəbərlər
16:37 24.05.2013
1298
Bir müddət əvvəl “Tı kto takoy, davay dosvidaniya” qafiyəsi ilə Azərbaycanda məşhurlaşan meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları Sumqayıtda restoran açır.Qardaşlar yaxın vaxtlarda Sumqayıtda “Göyərçin” parkının yanında “Davay dosvidaniya” adlı restoran açacaqlar. Restoranda son hazırlıq işləri aparılır.Qeyd edək ki, Rüstəmov qardaşlarının meyxanası nəinki Azərbaycanda, hətta Rusiya, Gürcüstanda da məşhurdur. Rusiya şou-biznesinin ən parlaq ulduzlarından sayılan Timati digər repçi həmkarları ilə birgə “Davay, dosvidaniya” qafiyə-nəqarəti ilə müşayiət olunan rep oxuyublar. Timati hətta, buna klip də çəkdirib. Repdə Rusiya şou-biznesinin iyrənc çılpaqlıqları lağa qoyularaq tənqid edilib. Timati sözügedən repi dostları Nel, L’One, Mişa Krupin və ST ilə birlikdə ərsəyə gətirib.Qardaşların “Davay, dosvidaniya” qafiyəsi meyxanadan çox siyasi çağırış kimi səslənməyə başlayıb. Və bu çağırışlar Putinə, Saakaşviliyə qarşı işlənib. Qardaşlar hətta Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüblər.//qadqazinfo
OXŞAR XƏBƏRLƏR