AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, yanğın bu gecə saat 04.15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə baş verib.Hadisə nəticəsində bütövlükdə evin yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvəsinin yanmış meyitləri tapılıb. A.Murtuzayev və gəlini Emiliya isə yanıq xəsarətləri alıblar.