Azərbaycanda dəhşətli ölüm - VİDEO

Azərbaycanda dəhşətli ölüm - VİDEO
Bütün Xəbərlər
16:27 03.11.2014
2742
Xilasedicilər onun meyidini çıxarmağa müvəffəq olublar.
Şəmkirdə quyunu təmizləmək istəyən şəxs öldü.
AZXEBER.COM xəbər verir ki, ANS TV-nin məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib.
Qəsəbə sakini Vidadi Bayramov həyətindəki su quyusunu təmizləmək üçün, Samux rayon Alabaşlı kənd sakini, 46 yaşlı Zirəddin İsmayılovu köməyə çağırıb.
Təmizlik işlərə aparılarkən Zirəddin İsmayılovun belinə bağlı olan kəndir qırılıb.
Nəticəsində o, 30 metrlik quyunun dibinə düşüb. Xəsarətləri ağır olan Zirəddin İsmayılov elə hadisə yerində dünyasını dəyişib. Mərhumun meyidini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib. Alpinist avadanlıqları ilə quyuya enən xilasedicilər onun meyidini çıxarmağa müvəffəq olublar.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR