Azərbaycanda dəhşətli qəza: bir ailənin 3 üzvü həlak oldu
Bütün Xəbərlər
10:51 21.03.2012
2357
AZXEBER.COM-un Regional TV-yə istinadən xəbər verir ki, martın 20-də saat 21 radələrində Gəndob-Yalama yolunun 10-cu km-liyində, Şabranın Ağalıq kəndi ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 2 “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 5 nəfər yaralanıb.41 yaşlı Ağalıq kənd sakiniƏlibabayev Niyətəli Qəribağaoğlunun idarə etdiyi 17 BC 173 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn eyni markalı minik maşını ilə toqquşub. Toqquşma zamanı Rəhimli kənd sakini 23 yaşlıƏləsgərov Sərxan Şakiroğlunun idarə etdiyi 10 BL 884 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı minik avtomobili yolun kənarındakı dərəyə düşüb.Yaralılar hadisə şahidlərinin köməyi ilə maşınlardan çıxarılıb. 17 BC 173 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Niyətəli Əlibabayev və 2 yaşlı oğluElmir Əlibabayevhadisə yerində keçinib. Onun həyat yoldaşı 30 yaşlıƏlibabayeva Telli Tahirqızı Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.Digər avtomobildə olanlar Rəhimli kənd sakinləri 21 yaşlıNamiq Poladov, 24 yaşlıKamran Paşayev, 30 yaşlıRəhidxan Həmzəyev, 23 yaşlıSərxan Ələsgərov,22 yaşlıCəfər Muradovisə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.