Azərbaycanda dəhşətli qəza ölümlə nəticələndi

Azərbaycanda dəhşətli qəza ölümlə nəticələndi
Bütün Xəbərlər
14:15 25.09.2012
1224
Qaradağda ölümlə nəticələnən qəza baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, qəza bu gecə saat 01.00 radələrində Sahil qəsəbəsində olub.
Bakı şəhər sakini Ramiz Vəlikişiyev "Chevrolet-Aveo" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Astara rayon sakini Asif Eyniyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub.
Nəticədə R.Vəlikişiyevin sərnişini Məhəmməd Şükürov hadisə yerində ölüb, o, özü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
OXŞAR XƏBƏRLƏR