Xahiş olunur ürəyi zəif olanlar baxmasın.
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
AZXEBER.COM-un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəza hadisəsi bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 133-cü kilometrliyində, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallı sakini Elçin Təyyar oğlu Quliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn “VAZ-2103” markalı avtomobillə toqquşub.
Hadisə zamanı hər iki avtomobil deformasiyaya uğradığından yararsız hala düşüb. Qəza nəticəsində 3 nəfər yaralanıb.
Hadisə yerinə gələn təcili yardım maşını ilə yaralılar dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb. Şəxsiyyəti məlum olmayan yaralılardan biri yolda dünyasını dəyişib. Digər yaralılar - Masallı sakini, 26 yaşlı Vaqif Əhmədağa oğlu Abışov və Cəlilabad sakini, 31 yaşlı Taleh Yaşar oğlu Şəfiyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.