Zabrat-Maştağa yolundakı qəzanın videosu yayılıb
Türkiyə mətbuatı Azərbaycanda baş verən dəhşətli qəzanın videosunu yayıb. Haberler.com saytı xəbəri "Azərbaycanda aşırı hız üzünden meydana gelen kaza kameralara yansıdı" başlığı ilə ilə verib. Qeyd edək ki, həmin qəza paytaxtın Sabunçu rayonu Zabrat-Maştağa yolunda baş verib. Qəzada 3 avtomaşın toqquşub. Kadrlardan da göründüyü kimi qəzadan əvvəl qara rəngli "Mercedes" üzü Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirir. Nəqliyyat vasitəsi qarşı yola çıxaraq digər bir "Mercedes" və "Opel" markali avtomaşınlara çırpılaraq aşır. Hadisədən sonra xəsarət alan şəxslər aşan "Mercedes"in sürücüsü 30 yaşli Rövşən Rzaquliyev və 3 yaşli Vaqif Mirəəliyev ağır xəsarət alıblar. Onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər.