Azərbaycanda məktəb direktoru olan şəxsin oğlu bıçaqlanıb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gecə baş verib.
Rayon Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bıçaqlanan 1982-ci il təvəllüdlü Vüqar Xalid oğlu Xəlilov olub. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Artıq polis onu bıçaqlayan şəxsi də yaxalaya bilib. Bu onun həmyerlisi 1993-cü il təvəllüdlü Samir Bəxtiyar oğlu Muradlı olub.
Onun özündən 11 yaş böyüyü bıçaqlamasına səbəb isə şəxsi münasibətləri olub.
Xatırladaq ki, bıçaqlanan gəncin atası Xalid Xəlilov əvvəllər rayondakı texnikomun direktoru vəzifəsində çalışıb.