Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək

Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
SOSİAL
11:17 20.10.2026
183
Azərbaycanda dövlət qurumlarında yaradılan süni intellekt sistemlərinin təhlükəsizlik auditi, sınaqları və risklərinin qiymətləndirilməsi həyata keçiriləcək.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, hazırda dövlət qurumlarında yaradılacaq süni intellekt sistemləri üçün informasiya təhlükəsizliyi tələbləri hazırlanır.

Eyni zamanda, xarici şirkətlərin süni intellekt həllərindən istifadə zamanı məlumat sızmasının qarşısının alınması məqsədilə dövlət qurumlarına təhlükəsizlik təlimatlarına əlavə edilməsi üçün nümunəvi qaydalar təqdim olunacaq.

Nadir Novruzov qeyd edib ki, Süni İntellekt Strategiyasına əsasən, dövlət qurumlarında yaradılan süni intellekt sistemlərinin auditi, sınaqları və risklərinin qiymətləndirilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib.

OXŞAR XƏBƏRLƏR