Azərbaycanda EESTEC beynəlxalq tələbə təşkilatının yerli bölməsi fəaliyyətə başlayıb

GƏNCLİK
10:00 01.06.2023
2241
Cənubi Qafqazda ilk dəfə olaraq "Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi Təşkilatının (EESTEC) Bakı şəhərində müşahidəçi statusunda "EESTEC Baku” adlı yerli bölməsi fəaliyyətə başlayıb. 

Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi (EESTEC) Avropa universitetlərinin Elektrik Mühəndisliyi və Kompüter Elmləri (EECS) ixtisaslarında təhsil alan tələbələrin peşəkar, akademik və şəxsi inkişafına dəstək olmaq məqsədilə 1986-cı ildə Hollandiyanın Eyndhoven şəhərində yaradılmışdır. Avropanın böyük tələbə təşkilatlarından hesab olunan EESTEC-in hazırda 24 ölkədə 48-dən çox yerli nümayəndəlikləri, yaxud yerli komitələri fəaliyyət göstərir.

Elektrik mühəndisliyi və kompüter elmləri ixtisaslarında təhsil alan tələbələrin peşəkar, akademik və şəxsi inkişafına dəstək olmaq məqsədilə yaradılmış Elektrik Mühəndisliyi Tələbələrinin Avropa Birliyi Təşkilatının (EESTEC) yerli bölməsi "EESTEC Baku” yaxın günlərdə tələbələr üçün ümumi təqdimat tədbiri keçirəcək.

"EESTEC Baku” təşkilatına üzvü olmaqla tələbələr beynəlxalq təşkilatın bir hissəsi olmaq şansı əldə edə, həmçinin, ixtisas düşərgələri, ustad dərsləri, kampusdan kənar seminarlar və hakatonlar kimi müxtəlif formatlı layihələrdə iştirak edərək liderlik, layihə idarə edilməsi, komanda quruculuğu fəaliyyətləri və yumşaq bacarıqlar inkişaf etdirmək fürsəti əldə edəcəklər.  

"EESTEC Baku” platformasına eləcə də təşkilatın yaxın günlərdə keçiriləcək təqdimat tədbirinə qoşulmaq istəyən və yuxarıda qeyd olunan ixtisaslarda təhsil alan tələbələr qeydiyyat formu vasitəsi ilə müraciət edə bilərlər. Qeyd edək ki, üzvlük üçün yalnız elektrik, elektronika, energetika, elektroenergetika, istilik energetikası mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslarda təhsil alan tələbələr müraciət edə bilərlər. 

Üzvlük prosesini uğurla tamamlamaq, yarana biləcək suallara operativ cavab tapmaq və yerli bölmənin gələcək fəaliyyətindən xəbərdar olmaq məqsədi ilə "EESTEC Baku” platformasını sosial media hesabları üzərindən izləmək mümkündür. 


Sosial media hesabları: 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq