Azərbaycanda əlil özünü yandıraraq, intihara cəhd edib.
Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.
N. Kərimov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycanda intihar məqsədilə özünü yandıran əlilə bədənin II dərəcəli ümumi termik yanığı diaqnozu qoyulub.
Yevlax Rayon Mərkəzisi Xəstəxanasından verilən məlumata görə, Nizami Kərimov gövdənin ön tərəfi, kürək nahiyəsinin ümumi yuxarı ətrafları - ümumilikdə bədənin 50% termiki yanığı ilə xəstəxanaya daxil olub.