Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının qaldırılması nəzərdə tutulub

Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının qaldırılması nəzərdə tutulub
Bütün Xəbərlər
14:51 10.10.2012
1421
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib
Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının qaldırılması nəzərdə tutulub. Bu barədə çərşənbə günü Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib."Elm siyasəti haqqında" qanun layihəsi demək olar ki hazırdır. Layihədə elmlər doktoru, elmlər namizədi adına görə maaşların artırılması da nəzərdə tutulub. Nə qədər artırılmasını deyə bilmərəm, amma biz ümumi şəkildə artırılma məsələsini ortaya qoymuşuq", - Məhərrəmov qeyd edib.Deputat bildirib ki, layihə günün tələblərinə cavab verir, amma bu gün müzakirələrin aparılmasına da ehtiyac var.
OXŞAR XƏBƏRLƏR