Azərbaycanda ən az izlənilən televiziya kanalı hansıdır? - SİYAHI

Azərbaycanda ən az izlənilən televiziya kanalı hansıdır? - SİYAHI
MEDİA
14:05 31.01.2012
14981

Kütləvi İnformasiya Vasitələri (KİV) deyəndə qəzet, jurnal, radio, internetdən daha çox, kütləvi məlumat mənbəyi olan televiziya yada düşür. Televiziyanın əhali arasında istifadəsinin 99.4 % olduğunu nəzərə alsaq, söyləməliyik ki, onun insanlar üzərində təsiri daha çoxdur. Həmçinin biznesmenlərin işi də televiziyadan keçir. Çünki reklamların çoxu televiziyada yayımlanır. Elə televiziya kanalları var ki, onlarda heç reklam yerləşdirməyə dəyməz. Baxılmayan kanala niyə reklam yerləşdirəsən ki?! Bizim görəsən Azərbaycan kanallarından ən az baxılanları hansılardır?

AZXEBER.COM portalı “Facebook” sosial şəbəkəsində 1000 nəfər arasında sorğu keçirib və kanalların reytinq səviyyəsini müəyyən edib. Məlum olub ki, ən az baxılan telekanal Space olub. Sorğuda iştirak edənlərin 30%-i “Space”ni ümumiyyətlə izləmir. Sorğuda AzTV 2-ci yeri tutub. Respondentlərin 20%-i dövlət televiziyasını izləmir. AZXEBER.COM portalı sorğunun nəticəsini və sorğuda iştirak edən şəxslərin bəzilərinin fikirlərini təqdim edir. Azərbaycanda ən az izlənilən televiziya kanallarını təqdim edir. 

1. Space TV – 30%

2. Mədəniyyət – 20 %

3. AzTV – 15 %

4. İdman Azərbaycan – 10 %

5. Lider TV – 6 %

6. ANS – 9 %

7. Xəzər TV - 4 %

8. İctimai TV – 3 %

9. ATV – 3 %

Ozal İbrahimli: “ Mənim fikrimcə ən az izlənilən televiziya “Space”dir. Çünki “Space”də maraqlı verilişlər görmürəm. Qeyri-adi, insanda maraq oyadan verilişlər yoxdur. Bu mənim şəxsi fikrimdir.”

Rufanə Qurbanova:” Hansı kanal əyləncəli proqramlar və xarici seriallar verirsə, o daha çox baxılır. Məncə ən az baxılan kanallar dövlət kanallarıdır.

Elgün Qurbanov “Şübhəsiz ki, birinci yer “Space”dir. Ümumiyyətlə, bu kanalın varlığıyla yoxluğu bilinmir. Ən baxımlı kanallar isə ATV və İctimai Televiziyadır.

Cahandar Umudov: “ Space. Çünki öz yayım axını, orijinallığı yoxdur”.

Əli Novruzəliyev: “Lider reytinqi olmayan kanaldır. Kanalın cəmi 1-2 verilişi baxımlıdır. Qalanları bərbaddır. Aparıcıları insanı düşündürməyi bacarmır.”

Jalə Səmədova: “Məncə AzTV-yə heç kim baxmır”.

Aygün Qurbanova:” Aztv ən baxımsız kanaldır. Hamı necə, mən də elə prinsipi ilə gedir. Heç bir yeniliyi yoxdur artıq 20 ildir ki, eyni şeyi göstərir”.

Leyla Resulova:” Mədəniyyət və Aztv. Çünki yalnız mədəniyyətdən və siyasətdən başı çıxanlar bu kanalları izləyir. Həm də mədəni dəyərlərimizə çox az adam dəyər verir”.

Ülkər Eldarqızı: “Məncə Lider. Gənclərin çoxu düşünür ki, ən baxımsız kanal Aztv-dir. Amma dövlət kanalı olduğu üçün ona daha çox dövlət işçiləri baxır. Hazırkı yaşlı nəslin favorit kanalıdır. Lider indi öndə gedən kanallara bənzəmək üçün onların proqramlarına uyğun verilişlər hazırlayır. Hazırda lider öz auditoriyasını itirib. Dırnaqarası kanaldı”.

Aygün Nəsirova:” Space kanalında yalnız “Amaci” serialına baxıram. Qalan proqramları məni maraqlandırmır”.Elnur Əliyev: Ən baxımlı kanal Xəzər və ATV-dir, ən səviyyəli kanal isə İctimai Televiziyadır. AzTV-də pis deyil. Ən bərbad kanalımız isə heç şübhəsiz ki, Space-dir. Bu kanal bağlansa heç kimin xəbəri olmayacaq, çünki heç kim baxmır.Sevil Rəsulzadə

OXŞAR XƏBƏRLƏR