Azərbaycanda ən çox qəzaları bu adda olan adamlar törədir - ADLAR

Azərbaycanda ən çox qəzaları bu adda olan adamlar törədir -  ADLAR
Bütün Xəbərlər
16:19 18.10.2013
3927

Avtomobillə hərəkət edərkən özünüzü ən çox Anar adlı şəxslərdən qoruyun. Statistika göstərir ki, qəza törədərək digər maşınlara zərər vuran şəxslərin adı əksər hallarda Anar olur.

Azərbaycanda ən çox qəza törədən şəxslərin adları açıqlanıb. İcbari Sığorta Bürosundan fins.az-a verilən məlumata görə, avtomobillərin icbari sığortası ilə bağlı ən çox qəzaə törədənlər – Anar, Elçin və Vüqar adlı şəxslərdir. Söhbət avtomobil sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığortası üzrə baş verən sığorta hadisələrindən gedir. Qəza törətmə sayına görə, ilk 10-luqdakı sonrakı yerləri İlqar, Rəşad, Samir, Azər, Elnur, Elşən, Emin adlı şəxslər turur.

OXŞAR XƏBƏRLƏR