Son günlər redaksiyamıza semestr imtahanlarının başlaması ilə universitetlərdə rüşvət hallarının artması haqda məktublar daxil olur.
AZXEBER.COM portalı məsələni araşırmaq üçün bir neçə universitetin tələbələri ilə söhbətləşib. Tələbələrin əksəriyyəti qiymətlərin artdığını söyləsə də bəzi tələbələr rüşvət halı ilə qarşılaşmadıqlarını bildiriblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Gülər Əliyeva qeyd edir ki, universitetdə rüşvət adi hal alıb. Belə ki, tələbələr semestr imtahanı zamanı nə qədər pul verəcəklərini bir neçə ay öncədən bilir: İqtisad Universitetində rüşvət verməyənə pis baxırlar (gülür). Tələbələr də vəziyyəti yaxşı bilir və vaxtı-vaxtında pulu çatdırır"
Təfəkkür Universitetinin tələbəsi Azər Əhmədov hər il olduğu kimi bu il də semestr imtahanlarının başlaması ilə universitetdə rüşvət hallarının artmasından şikayətlənib: “Hər il olduğu kimi bu il də rüşvət halları ilə rastlaşdıq. Universitet rəhbərliyinə edilən töhmətə baxmayaraq burada alınan rüşvətin miqdarı 80 AZN-dən başlayaraq dəyişir. Çox heyif ki, təhsilimizdə bu cür neqativ hallar var”.
Kooperasiya Universitetinin tələbəsi Elnur Əliyev isə, rüşvət halları ilə qarşılaşdığını inkar etməyib: “Bizdə universitet “açıq bazarı” xatırladır . Açıq-aşkar, hər şey hamının gözləri qarşısında baş verir. Dekanların heç bir qorxusu yoxdur”.
Qafqaz Universitetinin tələbəsi İlkin Quliyev isə, özəl universitet olmasına baxmayaraq təhsil aldığı universitetdə heç bir rüşvət halı ilə qarşılaşmadığını söyləyib: “Mən artıq 3 ildir ki, Qafqaz Universitetində təhsil alıram. Bu günə qədər bir manat da olsun rüşvət verməmişəm. Qrup yoldaşlarım da mənim kimi dərslərimizi oxuyaraq qiymətimizi alırıq”.
Qeyd edək ki, AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün daha əhəmiyyətli olduğuu düşünərək “facebook” sosial şəbəkəsində “Ən çox hansı universitetdə rüşvət galı ilə qarşılaşmısınız?” adlı sorğu keçirib. Sorğuda 3 saat ərzində 500-dən çox insan iştirak edib. Sorğu nəticəsində müəyyənləşən “top 10”luğu təqdim edirik.
p.s. Qeyd edək ki, bu sorğu hansısa təşkilat tərəfindən yox, "facebook" sosial şəbəkəsində gənclər arasında aparılıb. Sorğunun ikinci mərhələsi daha geniş müstəvidə keçiriləcək
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Kooperasiya Universiteti
- Təfəkkür Universiteti
- Texniki Universitet
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dillər Universiteti
- Tibb Universiteti
- Memarlıq və İnşaat Universiteti
- Azərbaycan Dövlət Neft Akademiyası
- Odlar Yurdu Universiteti