Respublikamızın ən sürətli Qan Donor layihəsi fəaliyyətə başlayıb.
Qanver Xeyriyyə Cəmiyyəti ( www.Qanver.com ) 2014-cü ilin Yanvar ayında yaradılmışdır ,elə həmin ayda Mobil Marketinq şirkəti ilə müqavilə imzalayıb "QanVer" adı, Azərbaycan daxili bütün mobil operatorlarda alınmışdır.
2014 cü ilin Dekabr ayında isə www.Qanver.az domenini alıb xeyriyyə cəmiyyətimizə əlavə edilmişdir.
İdeyanın yaranışı haqqında Qanver Xeyriyyə Cəmiyyətinin yaradıcısı Alişan Nizami bunları dedi: 2013 - cü ilin axırı idi , Neftçilər xəstəxanası tərəfdən keçirdim , birdən camaatın yola çıxıb tez tez sürücülərdən nəsə soruşduğunun şahidi oldum. Növbə mənə çatanda mənfi 2 qan qrupuna ehtiyac olduğunu anladım.Beləcə fikirləşdimki , bir-bir insanlardan soruşunca, 1 proyekt yaradım və könüllü donorlar orada qeydiyyatdan keçsinlər.Hansısa Qan qrupuna ehtiyac olduqda, həmin qan qruplu insanlara sms və email bildirişləri göndərim. Programçı (Royal Savalanov) və dizayner (Elmar Səfiyev) dostlarımla öz ideyamı bölüşdüm və onlarlala birlikdə bu proyekti yaratdıq.
Qanver Xeyriyyə Cəmiyyəti kiminsə qana ehtiyacı olduqda www.Qanver.com web saytında, "Qan Lazımdır" bölməsinə vəyaxud Qanver.com Facebook səhifəsinə bu barədə məlumat yazır, biz də həmin məlumatı təstiqlədikdən sonra, saytımızda qeydiyyatdan keçmiş müvafiq qan qruplu donorlara sms və email bildirişlər göndərilir. Proyekt tamamilə xeyriyyə məqsədilə yaradılmışdır.
Hal hazırda saytımızda 1500-dən çox donor qeydiyyatı var. +1 (371) : +2 (450) : +3 (292) : +4 (223) -1 (92) : -2 (75) : -3 (54) : -4 (32) Qanın hansı vaxt müddətində tapılması həmin qan qrupundan olan qeydiyyatçıların sayından asılıdı. Təbiiki bu müsbət qan qrupudursa, bildiyiniz kimi müsbət qan qrupları daha çox yayılıb ona görədə bu tez bir zamanda baş verir. Yox əgər mənfi qan qrupudursa bu bir qədər zaman alır.
İnşallah proyektdə qeydiyyatçılar artığı zaman, mobile app ( android və ios ) üçün, istifadəçilərə mobile app vasitəsilə bildirişlərin göndərilməsi,bu mobile app-də yaxınlıqdakı xəstəxanalar və oradakı xidmətlər haqqında məlumatlar olacaq , saytımızda isə mobil versiyanın əlavəsi, yeni bölümlərin yaradılması , qeydiyyatçıların hansı şəhərdən olmaları,axırıncı dəfə nə vaxt qan vermələri və sairə olacaqdır.