Azərbaycanda ən sürətli Qan Donor proyekti yaradıldı

Azərbaycanda ən sürətli Qan Donor proyekti yaradıldı
Bütün Xəbərlər
14:25 23.01.2015
1817

Respublikamızın ən sürətli Qan Donor layihəsi fəaliyyətə başlayıb. 

Qanver  Xeyriyyə Cəmiyyəti  ( www.Qanver.com ) 2014-cü ilin Yanvar ayında yaradılmışdır ,elə həmin ayda Mobil Marketinq  şirkəti ilə müqavilə imzalayıb "QanVer" adı, Azərbaycan daxili bütün mobil operatorlarda alınmışdır.

2014 cü ilin Dekabr ayında isə www.Qanver.az domenini alıb xeyriyyə cəmiyyətimizə əlavə edilmişdir.

İdeyanın yaranışı  haqqında Qanver Xeyriyyə Cəmiyyətinin yaradıcısı Alişan Nizami bunları dedi:  2013 - cü ilin axırı idi , Neftçilər xəstəxanası  tərəfdən keçirdim , birdən camaatın yola çıxıb tez tez sürücülərdən nəsə soruşduğunun şahidi oldum. Növbə mənə çatanda mənfi  2 qan qrupuna ehtiyac olduğunu anladım.Beləcə fikirləşdimki , bir-bir insanlardan soruşunca, 1 proyekt yaradım və könüllü donorlar orada qeydiyyatdan keçsinlər.Hansısa Qan qrupuna ehtiyac olduqda, həmin qan qruplu insanlara sms və email bildirişləri göndərim. Programçı (Royal Savalanov) və dizayner (Elmar Səfiyev) dostlarımla  öz ideyamı bölüşdüm və onlarlala birlikdə bu proyekti yaratdıq.

Qanver  Xeyriyyə Cəmiyyəti   kiminsə qana ehtiyacı olduqda  www.Qanver.com web saytında,  "Qan Lazımdır" bölməsinə vəyaxud Qanver.com Facebook səhifəsinə bu barədə məlumat yazır, biz də həmin məlumatı təstiqlədikdən sonra, saytımızda qeydiyyatdan keçmiş  müvafiq qan qruplu donorlara sms və email bildirişlər göndərilir. Proyekt tamamilə xeyriyyə məqsədilə yaradılmışdır.

Hal hazırda saytımızda  1500-dən çox donor qeydiyyatı var. +1 (371) :  +2  (450) : +3  (292) : +4  (223) -1  (92)  :  -2  (75)   : -3  (54)  : -4   (32) Qanın hansı vaxt müddətində tapılması həmin qan qrupundan olan qeydiyyatçıların sayından asılıdı. Təbiiki bu müsbət qan qrupudursa, bildiyiniz kimi müsbət qan qrupları daha çox yayılıb ona görədə bu tez bir zamanda baş verir. Yox əgər mənfi qan qrupudursa bu bir qədər zaman alır.

İnşallah proyektdə qeydiyyatçılar artığı zaman, mobile app ( android və ios ) üçün, istifadəçilərə mobile app vasitəsilə bildirişlərin göndərilməsi,bu mobile app-də yaxınlıqdakı  xəstəxanalar və oradakı  xidmətlər haqqında məlumatlar olacaq , saytımızda isə mobil versiyanın əlavəsi, yeni bölümlərin yaradılması , qeydiyyatçıların hansı  şəhərdən olmaları,axırıncı dəfə nə vaxt  qan vermələri və sairə olacaqdır.

OXŞAR XƏBƏRLƏR