Azərbaycanda ər arvadını 11 dəfə bıçaqladı

Azərbaycanda ər arvadını 11 dəfə bıçaqladı
Bütün Xəbərlər
01:09 25.08.2011
1993

Abşeronda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Quşçuluq massivi, Heydər Əliyev prospektində yerləşən dayanacaqlardan birində qeydə alınıb. Belə ki, 43 yaşlı Axundova Firəngiz Bəşir qızı səhər işə gedərkən həyat yoldaşı Əzizov Əkbər Qulu oğlu tərəfindən bıçaqlanıb. Əkbər cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. 11 bıçaq zərbəsi alan Firəngiz isə çətinliklə də olsa özünü qonşulardan birinin evinə çatdırıb və elə oradaca huşunu itirərək yerə yıxılıb.  Həmin ünvanda yaşayan sakinlər tərəfindən Firəngiz təcili olaraq xəstəxanaya çatdırılıb. Onun üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Zərərçəkənin qohumu deyir ki, Əkbər həbsxanadan bu il çıxıb. Elə azadlığa buraxıldığı gündən Firəngizi “səni öldürəcəm” deyə hədələyirmiş. Zərərçəkənin qohumu Bəşir Axundov, ANS-ə açıqlamasında bunları deyib: “Əkbər uşaqlarını da hədələyib. Deyib ki, öldürəcək. Sovetskidə nənəmin evini də yandırıb. Kirayə qaldığı evi də yandırıb. Deyib ki, sən harda qalsan yandıracam, öldürəcəm”.  Firəngizlə Əkbər rəsmi nigahda olsalar da, 3 aya yaxın bir müddətdə ayrı yaşayırlarmış. Ailənin bu nigahdan 2 övladı var. Hadisəni törədən Əkbər Əzizovun tutularaq istintaqa cəlb olunması üçün Abşeron polisi axtarışlarını davam etdirir. Vəziyyəti ağır olan zərərçəkəni də hələlik dindirmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib