Azərbaycanda ər arvadını qanına qəltan etdi

Azərbaycanda ər arvadını qanına qəltan etdi
Bütün Xəbərlər
17:42 02.03.2015
1421
Lənkəranda ailə-məişət zəminində ər-arvad arasında yaranan mübahisə qanla nəticələnib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Tahir oğlu Hüseynov yaşadığı evdə şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı arvadı Günel Mirhəsən qızı Hüseynovanın sol nahiyəsini bıçaqlayıb. Daha sonra o, hadisə yerindən qaçıb.
Lakin Mahir Hüseynov Lənkəran rayon polis şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan qadın isə yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstaxanasına çatdırılıb.
Faktla bağlı Lənkəran rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, narkotiklərin qanunsuz dövriyyəsinə və istifadəsinə görə 3 dəfə məhkumluq həyatı yaşayan Mahir Hüseynov yenidən 4-cü dəfə ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq.
OXŞAR XƏBƏRLƏR