Azərbaycanda ər arvadını, sonra isə özünü güllələyib

Azərbaycanda ər arvadını, sonra isə özünü güllələyib
Bütün Xəbərlər
15:31 07.11.2013
571
Hacıqabul rayonunda ailə faciəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Abdulabad kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Əlisahib Dəmirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Kafiyə İsmayılovanı ov tüfəngi ilə güllələyib. Ə. Dəmirov daha sonra silahla özünü vurub. Onların hər ikisi aldığı güllə yarasından keçiniblər.

Qətlin motivi hələlik məlum deyil.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR