Azərbaycanda ərini öldürüb həyətdə basdıran qadın həbs edildi

Azərbaycanda ərini öldürüb həyətdə basdıran qadın həbs edildi
KRİMİNAL
17:27 21.05.2021
1421
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri ərini öldürüb yandıran şəxslə bağlı birgə məlumat yayıb. 

AZXEBER.COM-a daxil olan məlumatı təqdim edirik:

"6 may 2021-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kənd sakini 1956-cı il təvəllüdlü Qalib Əsgərovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı arvadı Şahzadə Məhərrəmovanın Neftçala rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, mayın 6-sı saat 01 radələrində zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə əynindəki paltarları çıxararaq yandırıb, meyitini isə evin həyətində basdırıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahzadə Məhərrəmova təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı