Azərbaycanda erotik səhnə ilə gündəmə gələn aktrisanın ‘sevgilisi’ danışdı - AÇIQLAMA

Azərbaycanda erotik səhnə ilə gündəmə gələn aktrisanın ‘sevgilisi’ danışdı -  AÇIQLAMA
Bütün Xəbərlər
14:30 18.04.2014
13939

“Gürzə” serialındakı “Ziba” roluna görə, son günlər sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən aktrisa Dilarə Nəzərovadan sonra, sözügedən filmdə onun sevgilisi obrazını canlandıran aktyor Anar Heybətov da susqunluğunu pozub.

Aktyor AZXEBER.COM-a açıqlamasında sosial şəbəkələrdə yayımlanan hər hansısa bir xəbərin bu qədər şişirdilməsinin əleyhinə olduğunu deyib:

“Gürzə” serialı uzun müddət bundan əvvəl lentə alınıb. Düşünürəm ki, bu sadəcə obrazdır. “Ziba” rolu Dilarə xanıma tapşırılıb o, da öz rolunu ifa edib. Bunu bir o qədər də şişirtmək lazım deyil. Mən saytların sosial şəbəkələrdə yayımlanan hər hansı bir xəbəri bu qədər şişirtmələrinə təəssüf edirəm. Belə olmaz. Çünki bu sənətdir və real həyatda da bu cür qadınlar var. Biz mədəniyyət işçiləri isə tamaşaçıya obrazı daha aydın çatdırmaq üçün əlimizdən gələni edirik. Görünür, Dilarə xanım bu obrazı daha yaxşı ifa etdiyi üçün belə səs-küyə səbəb olub”.

Qeyd edək ki, aktrisa Dilarə Nəzərova “Gürzə” serialına 2008-ci ildə çəkilib və burda yüngül həyat tərzi keçirən “Ziba” obrazını canlandırıb. Sözügedən serialdakı açıq-saçıq səhnələrin efirə verilməsi isə geniş ictimai müzakirəyə səbəb olmuşdu.

OXŞAR XƏBƏRLƏR