Azərbaycanda ət, yumurta bahalaşdı, yağ, şəkər ucuzlaşdı

Azərbaycanda ət, yumurta bahalaşdı, yağ, şəkər ucuzlaşdı
Bütün Xəbərlər
12:59 06.11.2012
1209
Dövlət Statistika Komitəsi oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.Oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,5 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.Ay ərzində ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, portağalın, bananın, armudun, üzümün, xiyar və pomidorun, bibərin, badımcanın, çuğundurun, kökün, sarımsağın, kartofun qiyməti bahalaşıb. Bahalaşma ilə yanaşı oktyabr ayında qarabaşaq yarmasının, kərə yağının, bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, almanın, heyvanın, narın, kələmin, soğanın, göyərtinin qiymətlərində ucuzlaşma da müşahidə olunub.
//Lent.az
OXŞAR XƏBƏRLƏR