Azərbaycanda ev partladı: ölən və xəsarət alan var

Azərbaycanda ev partladı: ölən və xəsarət alan var
Bütün Xəbərlər
10:38 25.01.2013
1043
Neftçalada yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı aynəbəddən ibarət qamış və palçıqdan tikilmiş evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin konstruksiyaları və ev əşyaları yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı 1958-ci il təvəvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib. Ev sahibi müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
OXŞAR XƏBƏRLƏR