Azərbaycanda eyni yolda iki dəhşətli qəza: 4 nəfər ağır yaralandı

Azərbaycanda eyni yolda iki dəhşətli qəza: 4 nəfər ağır yaralandı
Bütün Xəbərlər
11:46 18.07.2012
1257
Bakı-Şamaxı yolunda baş verən 2 avtomobil qəzasında 4 nəfər ağır xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov bildirib ki, hadisələr yolun 106 və 120-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.Bakının Nərimanov rayonunda yaşayan 1982-ci il təvəllüdlü Rəcəbova Zeynəb Yaqub qızının idarə etdiyi 90-FX-707 dövlət nömrə nişanlı “İnfiniti FX 35” markalı avtomobil qarşı tərəfdən gələn Şamaxı sakini, 1971-ci il təvəllüdlü Alıyev Vüqar Alı oğluna məxsus 10-UV-595 dövlət nömrə nişanlı “Mercedes-180” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “Mercedes”dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Şamaxı sakini, 1979-cu il təvəllüdlü Osmanov Rəşad Sultan oğlu isə 56-BE-771 dövlət nömrə nişanlı “VAZ 21043” markalı avtomobili yüksək sürətlə idarə edərkən yoldan çıxararaq maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.Hər iki faktla bağlı araşdırma aparılır. 
//apa
OXŞAR XƏBƏRLƏR