"Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkələr qanunlarımızla tənzimlənməlidir"
AZXEBER.COM-un məlumatına görə, bu sözləri Türkiyə Uinversitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov deyib.
Təşkilat sədri qeyd edib ki, "facebook" və digər sosial şəbəkələrə nəzarət gücləndirilməlidir:
"Sosial şəbəkə iştirakçıları Milli və mənəvi dəyərlərlərimizə hörmətlə yanaşmalıdırlar. Xüsusilə facebook sosial şəbəkəsinə ciddi nəzarət olunmalı və ölkəmizi təhqir edən səhifələr təcili bağlanmalıdır. Əks təqdirdə "facebook" və digər şəbəkələrin fəaliyyətləri dayandırılmalıdır".
Qeyd edək ki, bir neçə həftə bundan öncə Türkiyədə "Twitter" və "youtube"yə qadağa qoyulmuşdu.