Azərbaycanda falçıların yanına gedən kişilərin sayı artıb - VİDEO

Azərbaycanda falçıların yanına gedən kişilərin sayı artıb -  VİDEO
Bütün Xəbərlər
10:15 03.05.2013
4226

Ekstrasens: "İnsanların 90 faizi fala inanır, buna əmin olun"

İnsanların gələcəyi öyrənməklə bağlı maraqları daim olub. Hər zaman qarşıda hansı hadisələrin baş verəcəyindən xəbər tutmağa olan marağı kimlərsə boğa bilsələr də, kimlərsə bu sirli məqamları öyrənməyə can atıblar. Bu tutduqları yol da onları falçıların yanına gətirib çıxarıb .Və indi də falçı, ekstrasens yanına üz tutanlar, onların sehrli qüvvələrinə inananlar az deyil. Ekstrasens Nadim Alixanov bunun qeyri-adi qüvvə olduğunu bildirir. O, baxıcılıqla bağlı ona tez-tez müraciət etdiklərini də qeyd edir. Son dövrlərdə isə ona müraciət edənlər arasında kişilər üstünlük təşkil edir.“Bizdə hamı çətinə düşəndə, başlayır ekstrasensləri axtarmağa. Çox müraciətlər olunur. İnsanların 90 faizi fala inanır, buna əmin olun”, - deyə Nadim Alixanov bildirib.Qeyd edək ki, falçılıq “Qurani Kərim”də ümumiyyətlə qəbul olunmur. Hacı Surxay Məmmədlinin sözlərinə görə, “Quran Kərim”də falçılar kafir kimi təqdim olunur.Şəhərdə apardığımız sorğu zamanı fala inananlar da tapıldı, inanmayanlar da.

OXŞAR XƏBƏRLƏR