Şabran rayonu, Dəvəçi kəndində ferma yanıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 ton ot bağlaması və tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 19:25 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.