Azərbaycanda Fətullah Gülən və Aydın Doğanın telekanallarının yayımı dayandırıldı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda Fətullah Gülən və Aydın Doğanın telekanallarının yayımı dayandırıldı - RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
16:05 05.06.2015
6323
Bir neçə gündür Azərbaycanda Türkiyənin “Kanal D” televiziya kanalının yayımına qadağa qoyulub.
İlk olaraq bu qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub.
Kabel televiziyalarından birindən “Qafqazinfo”ya bildirilib ki, bu kanalın yayımdan qaldırılması şirkətin öz qərarı deyil: “Bizə bununla bağlı göstəriş verilib. Bu tapşırıq təkcə bizə aid deyil, “Kanal D”nin yayımı bütün ölkədə qadağan olunub. Bundan sonra da heç vaxt yayıma buraxılmayacaq. Səbəbin nə olduğunu bilmirik. “Kanal D”nin yerinə bu gündən “TV 2” yayımlanır”.
“ATV Plus” kabel televiziyası özünün facebook hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən kanallar “Azərspace” peykində test üsulu ilə yayımlanırdı: “Artıq test yayımı başa çatıb və kanallar yayımın davam etdirilməsi üçün “Azərkosmos”la müqavilə bağlamalıdırlar. Hansı kanal ki, müqavilə bağlayıb onların yayımı davam etdiriləcək. Müqavilə bağlamayanlar isə yayımdan çıxarılır. Rusiyanın və Türkiyənin bir neçə kanalı müqavilə bağlamayıb”.
Nazir müşaviri kabel televiziyaları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycanda kabel televiziyalarının əksəriyyəti yayımını “Azərspace” üzərindən edir. Buna görə onlarda da avtomatik olaraq eyni hal yaşanıb. Amma həmin kanallar “Türksat” peykində yayımlanır. Kim istəsə, oradan baxa bilər”.
Qeyd edək ki, "Doğan Holdinq"in rəhbəri Aydın Doğanın Azərbaycana qarşı antimövqedə olması tez-tez deputatlar tərəfindən gündəmə gətirilərək tənqid olunurdu.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib