Azərbaycanda gənclər sevərək evlənir? - ARAŞDIRMA

Azərbaycanda gənclər sevərək evlənir? - ARAŞDIRMA
Bütün Xəbərlər
11:52 06.06.2013
3051

İnsan həyatda seçdiyi iki şeyə ciddi diqqət etməlidir. Bunlardan biri insanın peşəsi, digəri isə onun ömür-gün yoldaşıdır. Hər şeyi yeniləmək olur, amma həyat yoldaşını nadir hallarda. Ona görə də qarşı tərəfi seçərkən diqqətli seçim etmək lazımdır ki, bir ömür boyu bunun peşmançılığını çəkməyəsən. Təəssüf ki, Azərbaycanda bu tendensiya son dövrlər dəyişib. Əvvəllər gənclər evlənərkən qarşı tərəfi özləri seçməyə çalışırdılarsa, indi əksər gənclər seçimi valideynlərinin öhdəsinə buraxır. Bəs bu, görəsən, nə ilə əlaqəlidir? Gənclərdə özgüvən hissi azalıbmı? İstənilən münasibətləri ideallaşdırmaq üçün inam mütləqdir. Təəssüf olsun ki, gənclər arasında daxili inam adlanan məfhumdan əsər-əlamət qalmayıb. Bəzən düz sözdə belə yalan axtarırlar. Necə deyərlər, ailənin əsas qırılmaz bağı inamdır. Bir-birlərinə inam olan ailələrdə yalan danışmağa belə ehtiyac qalmır, çünki, inam olduqdan sonra yalana ehtiyac qalmır ki, bu da qurulan ailələrin uzunömürlü olmasına səbəb olur. Bəzi gənclər seçim etməkdə çətinlik çəkirlər ki, bu da özlərinə inamı zəif olan gənclərdir. Xüsusən də, bu cür hallar oğlanlarda olur ki, onlar seçimi analarının üzərinə atırlar. Bu cür ideologiya ilə yaşayan xanımlar da az deyil. Bu cür xanımlar heç vaxt nə istədiklərini bilməyib, başqalarının istəklərini, öz istəklərindən üstün tutanlardır. Əslində, fədakar insanlardır demək olar, amma bu cür ciddi mövzularda fədakarlıqdan söz gedə bilməz. Unutmaq lazım deyil ki, öz hislərindən tam əmin olmayan insanlar sağlam bir ailənin təməlini qoya bilməzlər. Maraqlıdır, gənclərin bir-birinə inamsızlığı nə ilə bağlıdır? Nəyə görə onlar seçim etməkdə tərəddüd edirlər? İnsanlar fərqli olduqları kimi, cəmiyyətimizdə qurulan ailələr də fərqli olur. Çünki 2 müxtəlif xarekterli insanların birliyindən yeni ailə, yeni mühit yaranır. Əgər ideal ailə axtarışına çıxsaq, təbii ki, bunu çox çətinliklə taparıq, bəlkə də heç tapa bilmərik. Uzaqdan hər şey şəffaf görünə bilər, lakin daxilə endikcə heç də belə olmadığını görmək olur. Bəzi ailələr var ki, onlar sadəcə xoşbəxt görünməyə çalışırlar, amma heç də xoşbəxt deyillər. Bəzi ailələr də var ki, tam əksi, xoşbəxt olsalar da, heç kim bunun fərqində olmur. Ailələr çox, lakin nümunəvi ailələrimiz azdır. Biz ideal ailədə ailə üzvləri arasında sevgi, diqqət, inam, paylaşmaq kimi dəyərlər axtarırıq. Ancaq bu kimi dəyərlərin ailədə olması üçün öncə cütlüklərin bu cür özəllikləri olmalıdır. Olmadıqda isə təbii ki, şərtlər üzərində qurulan ailənin şahidi olacağıq. Şərtlər demişkən buna nigah müqaviləsini misal gətirmək olar. Son zamanların dəb halına çevrilmiş nigah müqaviləsi boşanma anının sığortası kimi qəbul edilir. Amma unutmaq lazım deyil ki, ailə qurarkən boşanmaq haqqında düşünmək düzgün deyil. Bu cür düşünən cütlüklər gec, ya da tez ayrılırlar. Şərtlərin, nikah müqaviləsinin olduğu yerdə fərdlər arasında olan sevgi və diqqətdən söhbət etmək belə yersizdir”. Bəs kim ilə ailə həyatı qurmaq lazımdır? Sevib seçdiyimiz, yoxsa seçib sevdiyimiz insanla? Ekspertlərin fikrincə, istənilən insan öncə sevib, daha sonra isə seçməlidir, yəni seçimini dəqiqləşdirməlidir. İnsan sevdiyi insanla ailə həyatı qurmalıdır. Belə ailələr digər ailələrə nisbətdə daha uzunömürlü və xoşbəxt olur. Bütün hallarda ailə qurmadan öncə psixoloji konsultasiya vacibdir. Yəni cütlüklər birlikdə psixoloqlara müraciət etməlidirlər. Psixoloqlarla söhbətdən sonra onlar sizə dəyərli məsləhətlər verə bilərlər. Məsələn düşüncə tərzinizə görə sizin uyğun olub olmadığınızı psixoloqlar dəqiqləşdirər və gələcəkdə hansı problemlərlə qarşılaşa biləcəyinizi öncədən məlumatlandırar.

Bəzi gənclər, xüsusəndə, xanımlar seçib sonra sevməyə üstünlük verirlər. Bunlar əslində, valideynlərinin seçimi ilə evlənənlər, daha sonra isə məcburiyyətdən sevən insanlardır. Onlar seçim etdikdən sonra (məntiqi) evlilliyi digərlərindən üstün tutub, bu cür evliliyin daha uzun ömürlü olduğunu düşünürlər. Psixoloqlar isə bununla qətiyyən razılaşmır. Bu cür qurulan ailələrdə bir yerdə qırılma olur. Yəni cütlüklərdən biri mütləq bir yerdə yorulur, həyatında yenilik etmək, artıq həqiqi sevgi axtarmaq qərarına gəlir. Belə olanda isə ya boşanma, ya da ki, xəyanət kimi hallar baş verir. Mövzu ilə bağlı kiçik sorğu apardıq. Apardığımız araşdırmanın sualına müxtəlif yaş quruplarından fərqli cavablar gəldi . Belə ki, “Evlilikdə məntiqi, yoxsa sevgini seçərdiniz?” sualına cavablar belə oldu: 18-25 yaş arası gənclər “Sevgini” 25-30 yaş arası gənclər “Məntiqi” 40-55 yaş arası qaynana və qaynataların 40%-i gəlinlərini və ya kürəkənlərini özlərinin, 60%-i isə övladlarının seçməsini istədiklərini söylədilər. Valideynlərin əksəriyyəti seçimi övladlarının öhdəsinə buraxdığını desələr də, sirr deyil ki, onların müdaxiləsi qaçılmazdır. Düzdür, valideynin övladın üzərində qərar verməyə kifayət qədər haqqı çatır, amma unutmayaq ki, bunu ailə, sevgi münasibətlərinə aid etmək olmaz.

Mövzu ilə bağlı psixoloq rəyini öyrənməyi də lazım bildik. Psixoloq Dəyanət Rzayev AZXEBER.COM-a açıqlamasında gənclərin evlilik seçimi zamanı diqqətli olmalı olduğunu bildirdi: “Sevgi ötəri hisdir. İnsan hər şeyə adaptasiya olmağı bacarır. Qurulan ailələr sırf bu iki amil üzərində qurulmur. Bəzən gənclər birini sevir, lakin başqası ilə ailə qururlar. Bu həm ailədaxili, həm də maddi vəziyyət ilə əlaqəli mövzudur. Çox nadir hallarda olur ki, imkanlı ailələrin övladları kasıb ailədən qız alırlar. Əlbəttə, istisna hallarda var. Amma unutmaq lazım deyil ki, tək sevgi ilə ailə qurmaq olmaz, məntiqdən də istifadə mütləqdir. Ümumiyyətlə, konkret olaraq sevib seçdiyimiz, yoxsa seçib sevdiyimiz insan ilə qurulan evliliyin daha uzunömürlü olduğunu heç kim dəqiq deyə bilməz. Bu ailədaxili xarekter, fərdi mədəniyyətlə əlaqəlidir.”

Bu gün boşanan ailələrin böyük bir əksəriyyətin də valideyn tövsiyəsi ilə qurulan ailələrdir. Belə ki, valideynin seçdiyi insandan boşanmaq gənclər üçün daha rahatdır, nəinki öz seçdiyi insandan boşanmaq. Evlilikdən söz açmışkən maddiyyatdan söz açmamaq mümkün deyil. Belə ki, əvvəllər xanımlar seçdiyi bəyin maddi durumuna diqqət edirdisə, indi bəylər də seçdikləri xanımın maddi durumunu nəzərdən keçirir. Bu isə normal tendesiya deyil.

Qeyd edək ki, evlilikdən öncə tibbi sığorta da mütləqdir. Belə bir düşüncə var ki, gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün lazımi üsullardan istifadə normaldır. Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə kimi məsələ aktual olmasa da, gənclərin sağlamlığı barədə onlardan formal məlumat tələb olunur. Qərb ölkələrində məsələyə çox ciddi yanaşılır. Məsələn, ABŞ-da nikahdan öncə qohum olub-olmamasından asılı olmayaraq, qan analizi mütləqdir. Amma bütün hallarda, nikaha heç kim mane ola bilməz, həkim, sadəcə, xəbərdarlıq edə bilər. Başqa bir AB ölkəsində - Fransada bu məsələ artıq qanuniləşdirilib. Artıq Azərbaycanda da nikah öncəsi tibbi müayinənin icbari xarakter daşıması müzakirə edilir. Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
14:50 25.06.2025
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu