Azərbaycanda 'Gənclərin Kitabxanası' fəaliyyətə başladı
GƏNCLİK
09:02 15.10.2012
1668
Gəncədə bir qrup gəncin təşəbbüslə "Gənclərin Kitabxanası" yaradılıb.AZXEBER.COM-un məlumatına görə, kitabxananın məqsədi kitaba marağı artırmaq, mütaliə və qiraət mədəniyyətini inkişaf etdirmək, kitab təqdimat tədbirləri təşkil edərək gənclərdə əsərləri müzakirə və tənqdi etmək bacarığını formalaşdırmaq, heç bir mənfəət güdmədən gəncləri kitabla təmin etməkdir. Kitabxana könüllülük əsasında qurulur. Onun ərsəyə gəlməsində töhfənizin olmasını istəyirizsə kitabxanaya oxuduğunuz kitablardan hədiyyə edə bilərsiz. Kitablar evdə oxunmaq üçün də istəyən gənclərə veriləcək. Dəstəyinizə böyük ehtiyac var. Siz də bir kitab hədiyyə edərək gənclərin dostu olun.