"Azərbaycanda güclü zəlzələ olacaq deyib paylaşım edirlər, amma..." - Yayılan xəbərlərə RƏSMİ CAVAB

SOSİAL
15:17 25.08.2023
2588
"Zəlzələdən anlayışı olmayanlar ağzına gələni danışır, yayır, insanları panikaya salır".
 
Son zamanlar Azərbaycanda baş verən zəlzələlər əhali arasında təşvişə səbəb olub. Bundan istifadə edən bəzi sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan informasiyaları tirajlayıb, cəmiyyət arasında panika yaradır, özlərinə reytinq qazanırlar.

Xüsusən də "Youtube"daki bəzi kanallarda  və "Tik-Tok" səhifələrində bildirilir ki, Azərbaycanda güclü zəlzələ gözlənilir. 
 


AZXEBER.COM mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin münasibətini öyrənib. Mütəxəssis yayılan informasiyaların tamamilə əsassız olduğunu bildirib:

"Azərbaycanda hər gün xırda təkanlar olur. Bunların içərisində hiss olunanı da ola bilər, hiss olunmayanı da. Ancaq katastrofik (9-10) bal gücündə dağıdıcı, güclü zəlzələ olması ehtimalı yoxdur. Baş verən təkanlar qorxulu bir şey deyil. Azərbaycanda elə bir zona yoxdur ki, orda katastrofik zəlzələ gözlənilsin. Mütəmadi olaraq zəlzələnin analizini Respublika Seysmoloji Xidmət Mərkəzi il boyu aparır. Ötən günlərdə rayonlarda 5 bala yaxın zəlzələ oldu. Bir dənə də binada dağıntı baş vermədi".

Qurban Yetirmişli vurğulayıb ki, baş verən təkanlar güclü zəlzələ hesab olunmur:

"Buna da don geyindirməsinlər. Bu haqda yanlış fikirlər yayanların zəlzələ haqqında heç bir məlumatı yoxdur. Zəlzələnin zəif, orta, güclü, hiss olunan, dağıdıcı növləri var. Bu gecə 41-ə yaxın təkan olub, heç biri də hiss olunmayıb. Barbar bağırırlar ki, güclü zəlzələ olacaq. Bağıranlar bu sahənin mütəxəssisləri deyil, bizim təşkilatda elə insanlar çalışmır. Zəlzələnin proqnozu üzrə komissiya var, analizlər aparılır. Şaiələrə inanmayın. Jurnalistlər də bu mövzuda fikir öyrənərkən baxsınlar danışan bu sahənin adamıdır, ya yox!”

Bəs maraqlıdır, sosial şəbəkələrdə zəlzələ ilə əlaqədar yalan məlumat yayanları, təşvişə səbəb olanları hansı cəza gözləyir?

Ümumilikdə bu məsələ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, yayılması qadağan edilən informasiyanın internet-informasiya şəbəkəsində yerləşdirilməsi, bunun qarşısının alınmaması inzibati məsuliyyət yaradır. Bu cür hallar müvafiq olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun pozulması deməkdir.

Qeyd edilən inzibati xətalara görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb