Azərbaycanda günəş enerjisi ilə işləyən idman zalı - FOTOLAR
Bütün Xəbərlər
12:47 10.12.2014
1326
Azərbaycanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir.Zal Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə inşa edilir. Alternativ enerji ilə işləyəcək zal Şəki rayonunun Baş Göynük kəndi ərazisində olacaq.AZXEBER.COM-un məlumatına görə, tikinti işlərini həyata keçirən “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin nümayəndəsi AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, idman qurğusunun elektrik enerjisi ilə təminatı tam olaraq günəşdən alınan enerji hesabına ödəniləcək. Bu məqsədlə binanın damında günəş panelləri quraşdırılacaqdır.Ümumi sahəsi 1645 kvadratmetr olan, üç mərtəbədən ibarət binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.Hazırda binanın birinci mərtəbəsində beton dayaqların tikintisi başa çatdırılıb və dam örtüyünün quraşdırılması üçün metal konstruksiyalar hazırlanır.Yeni idman qurğusunun 2015-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.