Azərbaycanda hakimiyyətyönümlü partiya mitinq qərarı verdi - AÇIQLAMA

Azərbaycanda hakimiyyətyönümlü partiya mitinq qərarı verdi - AÇIQLAMA
Bütün Xəbərlər
17:56 28.04.2012
2309
Düşünürəm ki, mövcud iqtidarın siyasi xəttini dəstəkləyən birləşmiş qüvvələrin hakimiyyətə və Prezidentə dəstək mitinqi keçirməsinə ehtiyac var. Bu həm müxalifətdəki rəqiblərimizə, həm də əllərinə düşən ilk fürsətdəcə ölkədəki siyasi sabitliyi sarsıtmağa çalışan, adını diplomat qoyub əslində isə faktiki olaraq birtərəfli və qeyri-müəyyən məqsədlər güdən diplomatik korpusun bəzi təmsilçilərinə də tutarlı cavab, görk olar - Bu fikirləri AZXEBER.COM-a açıqlamasında ADMP sədri Elşən Musayev söyləyib  “Bu məqsədlə Azərbaycan Demokratik Maarifçilik Partiyası mitinq təşəbbüsü irəli sürür. Evrovision yarışmasından dərhal sonra tərəfdaşlarımızla danışıqlara başlayacağıq. Dəstək olmayacağı təqdirdə isə ADMP bu missiyası təkbaşına həyata keçirəcək. Məncə, buna gücümüz çatar. Və ya ən zəif halımızla belə, müxalifətdən daha pis mitinq keçirmərik. Sabahdan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərə, konsulluqlara ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün görüş dəvəti göndərəcəyik. Onların içində İctimai Palatanın rəhbərliyi ilə vaxtaşırı görüşən diplomatik korpusun nümayəndələri də istisna təşkil etməyəcək. Əsas təklifimizsə bu olacaq ki, madam neytral mövqedədirlər o zaman cəmiyyət, xalq üçün açıq, canlı debatların təşkil edilməsinə səy göstərsinlər. Neytral polemika təşəbbüsündə bulunsunlar. Dialoq formatı tapsınlar. Bunun əvəzinə isə heç bir protokol qaydalarına sığmayan ziddiyətli hərəkətlərlə öz missiyalarına, təmsil etdikləri dövlətlərin adına kölğə salmasınlar. Şəxsən mənim üçün çox maraqlıdır, tutaq ki Almaniyanın səfiri ölkədəki rəsmi qeydiyyatı olan, fəqət iqtidaryönlü siyasət yürüdən bir partiyanın sədri ilə üzbə üz oturaraq eyni şəkildə müzakirələr aparmağa hazırdır yoxsa yox? Ayrıca, eynı adlı ölkə səfirliyinin ayın 26-da yaydığı bəyənata, ələxsus da “Almaniyanın imicini qaba mənfi fikirlərlə korlamaq cəhdi azərbaycanlıların intellekti qarşısında acizdir”-fikrinə cavab olaraq bildirmək istəyirəm ki, Azərbaycan insanı və hakimiyyəti kiminləsə qaba davranmır. Tərəfimizdən sərgilənən sərt təpki isə diplomatik protokola sığmayan və ölkənin daxili işlərinə qarışmanı özündə birbaşa ehtiva edən hərəkətlərə adekvat cavabdır. Səfirlik həmin cümləni bəyənata daxil edərkən bir də bu faktı unutmamalı idi ki, hələ 1941-45 savaşında Almaniyanın məğlubiyyətini stimullaşdıran əsas qayələrdən biri də elə məhz Yusif Məmmədəliyev kimi Azərbaycan intellektləri olub.
OXŞAR XƏBƏRLƏR