Azərbaycanda harın məmur övladlarının özbaşınalığı sərhəd tanımır - ADLAR

Azərbaycanda harın məmur övladlarının özbaşınalığı sərhəd tanımır - ADLAR
Bütün Xəbərlər
13:00 11.02.2015
31422

Prezidentin onların qudurğan hərəkətlərinə son qoyması barədə xəbərdarlığından sonra da əməllərini davam etdirirlər; onlarla ailənin faciəsinə səbəb olan qəzaların qorxunc statistikası...

Məmur balalarının qudurğanlığı bütün əndazələri aşmaqdadır. Azərbaycan prezidentinin müşavirələrin birində sərt çıxışı da, deyəsən, ibrət dərsi olmayıb. Vəzifəli şəxslərin övladları hələ də bu əməllərini davam etdirməkdədir. Əslində onlar qorxunc bir statistikaya nəzər yetirəndə nəticə çıxarmalı idi. Çünki onlarla ailənin faciəsinə səbəb olublar. Amma belə görünür ki, məmur balalarının özbaşına hərəkətləri davamlı olacaq.

Bu günədək xırda istisnalarla heç bir vəzifəli şəxsin övladı qudurğan hərəkətinə görə cəzalandırılmayıb. Xüsusilə də onlar bahalı maşınlarda törətdiyi qəzalarla ad çıxarıblar. Son olaraq isə deputat Ayaz Orucovun oğlunun adı avtoxuliqanlıqda hallandı.
Deputat isə yayılan xəbəri təkzib edərək bu informasiyanı dərc edən medianı məhkəmə ilə hədələdi:“Bu, yalan məlumatdır. Oğlumu yol polisi nəyə görə saxlamalıdır? Əslində polisin qanun pozan hər bir şəxsi saxlamaq hüququ var, amma mənim oğlumla bağlı deyilənlər tamamilə yanlış məlumatdır”. O qeyd edib ki, oğlu İsmayıl Orucov ümumiyyətlə içki qəbul etmir.
Yada salaq ki, bir müddət əvvəl “Nissan Juke” markalı avtomobildə olan Aynurə Cəfərova “Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib. Amma məmur övladlarının qudurğanlığı təkcə bununla məhdudlaşırmı? - Əsla.
Arxivə baxmaq kifayətdir ki, bu siyahıda kimlərin olduğunu xatırlayasan. Belə ki, Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğlu, 26 yaşlı Bəhram Əliyev “Mercedes Galandewagen” markalı avtomobillə 45 yaşlı kişini vurub. Zərərçəkən hadisə yerində ölüb.
“Qaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu “Mercedes Galandewagen” markalı avtomobillə avtoşluq edərkən “KamAZ”la toqquşub.Zərərçəkən yüngül xəsarət alıb.
Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu, 16 yaşlı Sadıqzadə Rahim “Hyundai Santafe” markalı avtomobillə 65 yaşlı qadını vurub öldürüb.
Quba oliqarxlarından biri, UPF təşkilatının sülhməramlı səfiri Abbas Zeynalovun oğlu, 19 yaşlı Əbil Zeynalov “Mercedes Galandewagen” markalı avtomobillə 13 yaşlı qızı vurub öldürüb.
Tərtər rayonu icra başçısının müavini Vidadi Bəylərovun 15 yaşlı oğlu Elxan Bəylərli bir gənclə avtoxuliqanlıq edərkən gəncin maşını aşıb və həlak olub. Atası vəzifəsindən çıxarılıb. Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğlu “Mercedes Galandewagen” markalı avtomobillə aftoşluq edərkən qəza törədib və nəticədə sürücülər xəsarət alıblar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu, 38 yaşlı Xalid Mədətov “Mercedes Galandewagen” markalı avtomobillə tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olub. Atası vəzifədən kənarlaşdırılıb, oğul həbs olunub.
Deputat Elton Məmmədovun oğlu Aynar Zığ yolunda avtoxuliqanlıqla ad çıxarıb. Sənan “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur. Həmçinin deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun “Min bir gecə” restoranında törətdiyi qətli də qeyd etmək olar ./// musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"