Azərbaycanda hava dumanlı və çiskinli olacaq

Azərbaycanda hava dumanlı və çiskinli olacaq
Bütün Xəbərlər
13:30 21.11.2012
1193
Bakı və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 22-də bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.Noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.
//APA
OXŞAR XƏBƏRLƏR