Şəkidə fəaliyyət göstərən “Kanal S” televiziyasında hava proqnozunu təqdim edən aparıcının məzəli danışığı sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.
AZXEBER.COM-un məlumatına görə, martın 7-də yayımlanan veriliş zamanı, aparıcı 8 mart beynəlxalq qadınlar günü ilə bağlı atmacalar da atıb. O martın 8-də bütün Azərbaycanın dumanlı olacağını bildirib. Buna səbəb isə, həmin gün kişilərin çoxlu sayda spirtli içki qəbul edəcəyi və hər yeri dumanlı görəcəyi ilə əlaqələndirib.
Həmin videonu təqdim edirik: