Bəzi yerlərə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb.
Nazirlikdən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 26-dan 29-dək ölkə ərazisində yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.