Azərbaycanda hava yenidən sərinləyir

Azərbaycanda hava yenidən sərinləyir
Bütün Xəbərlər
14:50 02.08.2013
1524

Havanın temperaturu 4-7 dərəcə düşəcək

Azərbaycan ərazisində qeyri-sabit hava avqustun 6-dək davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında qeyri-sabit, yağıntılı hava şəraiti və temperaturun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enməsi gözlənilir.
Bu ehtimal pambıq bitkisinin inkişafını keçən illə müqayisədə nisbətən gecikdirəcək.
Gözlənilən yağışlar torpağın rütubət ehtiyatının artmasını təmin edəcək, otlaq bitkilərinin boy artmasını sürətləndirəcək.
Yağıntılı hava şəraiti yetişmiş məhsulun yığılması üçün çətinlik yaradacaq.
OXŞAR XƏBƏRLƏR